Bank Of Baku

Bakıda GUAM-Yaponiya formatında ilk görüş keçirilib

Bakıda GUAM-Yaponiya formatında ilk görüş keçirilib
# 18 iyun 2007 14:09 (UTC +04:00)
Bu gün Bakıda GUAM-Yaponiya formatında ilk görüş keçirilib. APA-nın xəbərinə görə, yapon nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mitoji Yabunaka başçılıq edib. Görüşdə demokratiya, azadlıq, insan haqları, beynəlxalq norma və prinsiplər, bazar iqtisadiyyatı kimi fundamental məsələlər müzakirə olunub. İştirakçılar GUAM-la Yaponiya arasında dialoqun genişlənməsinə tərəfdar çıxaraq təhlükəsizlik və sabitliyin güclənməsi, münaqişələrin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh yolu ilə həlli, vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın möhkəmləndirilməsi yönündə təşəbbüslər, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək məsələlərinə də toxunublar. İqtisadi əməkdaşlıq da müzakirə mövzusu olub. GUAM ölkələri energetika, nəqliyyat, ekologiya, Avropa-Asiya dəhlizi kimi sahələrə yapon sərmayəsinin cəlb edilməsində maraqlı olduqlarını bəyan ediblər. Hər iki tərəf investisiya mühitinin yaxşılaşdırılması və biznesin dəstəklənməsi istiqamətləri üzrə birgə işləməyə hazır olduğunu söyləyib. Yaponlar Tokioda GUAM ölkələrinin rəsmiləri və tədqiqatçıları üçün enerjinin qorunması texnologiyaları üzrə simpozium təşkil olunmasını təklif ediblər. GUAM təmsilçiləri təklifə müsbət yanaşıblar. Görüşün yekunlarına dair birgə bəyanat qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR