Bank Of Baku

Müsavat GUAM-ın sülhməramlı qüvvələrinin yaradılmasını vacib sayır

Müsavat GUAM-ın sülhməramlı qüvvələrinin yaradılmasını vacib sayır
# 18 iyun 2007 14:20 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda partiyadaxili, ictimai-siyasi və cari məsələlər müzakirə olunub. Müsavat Məclisinin iyunun 30-na təyin olunmuş iclası ilə bağlı müzakirələr aparılıb və hazırlıq məsələlərinə diqqət yetirilib. İctimai-siyasi vəziyyətin müzakirəsində əsas diqqət GUAM-ın Bakı toplantısına yönəlib. GUAM-ın sammitinin Bakıda keçirilməsini müsbət hal kimi qiymətləndirən Müsavat rəhbərliyi Azərbaycanın bundan sonra da qurumun işində yaxından iştirak etməsini vacib sayıb. Müsavat Divanı hesab edir ki, Azərbaycan tərəfi GUAM çərçivəsində münaqişələrin həllinə eyni prinsiplərlə yanaşılmasına nail olmalı, GUAM sülhməramlı qüvvələrinin yaradılması ideyasını dəstəkləməli və ittifaqın beynəlxalq təşkilat kimi tam formalaşmasına çalışmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR