Bank Of Baku

GUAM Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun rəmzləri, tədbirlər planı və 2007-ci il büdcəsi təsdiqlənib

GUAM Xarici İşlər Nazirləri Şurasının toplantısında qurumun rəmzləri, tədbirlər planı və 2007-ci il büdcəsi təsdiqlənib
# 18 iyun 2007 14:40 (UTC +04:00)
GUAM-ın yeni dövrə qədəm qoyduğunu deyən nazir bildirib ki, toplantıda təşkilatın maliyyələşdirilməsi ilə bağlı intensiv danışıqlar aparılıb. Bundan başqa xarici işlər nazirləri yüklərin multimodal daşımaları, mədəniyyət və humanitar sahələr, radiasiya və nüvə təhlükəsizliyi üzrə sənəd layihələrini razılaşdırıblar. Elmar Məmmədyarov sammitin əsas sənədinin Bakı deklarasiyası olacağını vurğulayıb. XİN başçılarının görüşündə GUAM-a üzv ölkələrin nümayəndəliklərinin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq planı təsdiqlənib. Nazir BMT Baş Assambleyasının gündəliyində dondurulmuş münaqişələr məsələsinin olduğunu xatırladıb və GUAM üzvü ölkələrin bu məsələnin müzakirəsinə böyük önəm verdiyini deyib. GUAM Xarici İşlər Nazirləri Şurası 2007-2008-ci illər üçün tədbirlər planı, təşkilatın rəmzləri və 2007-ci il üçün büdcə təsdiqlənib. 2008-ci ilin büdcəsini nazirlər BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək görüşdə müzakirə edəcəklər. Elmar Məmmədyarov bildirib ki, ənənəvi olan GUAM-ABŞ və ilk dəfə keçirilmiş GUAM-Yaponiya görüşləri də çox intensiv keçib: “Yaponiya GUAM vasitəsilə Avropa-Asiya nəqliyyat dəhlizinin inkişafına böyük maraq göstərir. Tokio həm energetika, həm də nəqliyyat sahəsində, həm də ətraf mühitin qorunması sahəsində əməkdaşlığa böyük önəm verir. Yaponiya bu ilin sonunda Tokioda enerji texnologiyalarının qorunmasına dair seminar keçirmək təklif ilə çıxış etdi. Həmin görüşdə Azərbaycandan iki mütəxəssis iştirak edəcək”. Nazir həmçinin bildirib ki, sammit çərçivəsində bu gün prezidentlər səviyyəsində GUAM-Polşa əməkdaşlığına dair məsləhətləşmələr də aparılacaq. Brifinqdə çıxış edən Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili aparılan danışıqlarda müzakirələrin təşkilatın həyat qabiliyyəti, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində əməkdaşlıq sahələrini əhatə edəcəyini deyib. Ukraynanın xarici işlər nazirinin müavini Aleksandr Veselovski bu ilin GUAM üçün yubiley olduğunu, 10 il ərzində təşkilatın tam səlahiyyətli beynəlxalq təşkilata çevrildiyini qeyd edib. Onun sözlərinə görə GUAM ölkələri arasında mal mübadiləsi 2,5 milyard dollardan çoxdur. Moldova xarici işlər nazirinin müavini Valeriu Ostalep də təşkilatın uğurlarından danışaraq bildirib ki, Avropa İttifaqına üzv ölkələr GUAM-a maraq göstərirlər. Onun fikrincə, təşkilatın inkişafında GUAM-a üzv ölkələrin bütün vətəndaşları iştirak etməlidir. Daha sonra jurnalistlərin suallarını cavablandıran xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın GUAM-a əməkdaşlıq üçün konkret layihələr təklif etdiyini deyib. GUAM sülhməramlı qüvvələrinin yaradılması məsələsinə toxunan XİN başçısı ekspertlərin bununla bağlı işi davam etdirməli olduğunu vurğulayıb: “Ekspertlər öz işlərini davam etdirməlidir. Hazırda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak etmək üçün potensialın olduğu demək tezdir”. Bu məsələyə münasibət bildirən Gela Bejuaşvili bildirib ki, GUAM sülhməramlıları yalnız hərbi yox, polis kontingentlərində də iştirak edə biləcəklər. GUAM-ın genişlənməsinə dair sualı cavablandıran Məmmədyarov bəyan edib ki, qurumun məqsəd və məramlarını qəbul edən istənilən ölkə bu təşkilata üzv qəbul oluna bilər. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR