Bank Of Baku

Oqtay Əsədov Estoniya parlamenti sədrinin müavini Kristiina Oyulandı qəbul edib

Oqtay Əsədov Estoniya parlamenti sədrinin müavini Kristiina Oyulandı qəbul edib
# 18 iyun 2007 15:15 (UTC +04:00)
Milli Məclisin spikeri Oqtay Əsədov GUAM dövlət başçılarının Bakı sammitində iştirak etmək üçün Azərbaycana gələn Estoniya parlamenti sədrinin müavini Kristiina Oyulandı qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, spiker Oqtay Əsədov Azərbaycan-Estoniya əlaqələrinin qədim tarixindən danışıb, yenidən müstəqillik əldə etdikdən sonra münasibətlərimizin daha sürətlə inkişaf etdiyini bildirib. İki dövlət arasında dostluq əlaqələrinin yüksək səviyyəyə çatdığını bildirən spiker deputatlarımızın beynəlxalq tədbirlərdə bir çox məsələlərin müzakirəsi zamanı eyni mövqedən çıxış etməsini bu dostluğa əyani sübut adlandırıb. O. Əsədov Azərbaycanda həyata keçirilən islahatlar, Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verib. Estoniyalı qonaq Bakıda üç il əvvəl olduğunu və bu dəfə gördüyü inkişafdan məmnun qaldığını bildirib. Bakını böyük tikinti meydanı ilə müqayisə edən qonaq bu cür sürətli inkişafı ölkənin güclü iqtisadi potensialının göstəricisi kimi xarakterizə edib. Görüşdə ikitərəfli iqtisadi, siyasi, mədəni, eləcə də parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR