Bank Of Baku

Gürcüstanın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağda keçirilmiş mahnı festivalında Gürcüstan vətəndaşları iştirak edibsə, onlara qarşı müvafiq tədbirlər görüləcək”

Gürcüstanın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağda keçirilmiş mahnı festivalında Gürcüstan vətəndaşları iştirak edibsə, onlara qarşı müvafiq tədbirlər görüləcək”
# 18 iyun 2007 15:23 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının Dağlıq Qarabağda keçirilmiş mahnı festivalında Gürcüstan vətəndaşlarının da mümkün iştirakı ilə bağlı müraciətinə cavab göndərib. APA-nın məlumatına görə səfir cavab məktubunda bildirib ki, Gürcüstanın XİN-ə ölkənin Mədəniyyət, Abidələrin Qorunması və İdman Nazirliyindən bildirilib ki, nazirlikdə festivalda Gürcüstan vətəndaşlarının iştirakı barədə məlumat yoxdur, çünki fərdi vətəndaşlar və folklor ansamblları Ermənistana səfərlərini nazirliklə razılaşdırmır. Bununla yanaşı, səfir cavab məktubunda yazıb ki, nazirlik bu məsələni araşdırır: “Əgər festivalda Gürcüstanın fərdi vətəndaşları və yaxud folklor ansamblları iştirak edibsə, onlara qarşı müvafiq tədbirlər görüləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR