Bank Of Baku

ABŞ GUAM ölkələrinin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir

ABŞ GUAM ölkələrinin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir
# 18 iyun 2007 17:18 (UTC +04:00)
APA-nın məlumatına görə, GUAM-ABŞ danışıqlarının yekunlarına həsr olunmuş press-relizdə bildirilib ki, ABŞ qurumda nüvə təhlükəsizliyinin təmin olunması və multimodial yük daşımalarının həyata keçirilməsi üzrə səyləri dəstəklədiyini də vurğulayıb. ABŞ tərəfi GUAM-ın yeni yaranmış katibliyinin fəaliyyəti üçün maliyyə dəstəyi göstərməyə hazır olduğunu da vurğulayıb. Danışıqlarda qurumun özünün və hüquq- mühafizə orqanlarının Virtual Mərkəzinin, həmçinin nəqliyyat layihələri üzrə çərçivə proqramının reallaşması ilə bağlı razılıq əldə olunmasından məmnunluq ifadə olunub.
GUAM-ABŞ danışıqlarında beynəlxalq terrorizmə qarşı birgə əməkdaşlığın davam etdirilməsi, Avropa-Asiya Transxəzər əlaqələrinin inkişafı, enerji resurslarının diversifikasiyası ilə enerji təhlükəzliyinin təmin edilməsi, neft və qaz nəqli üçün infrastrukturun və demokratik normaların inkişafına hazırlıq ifadə olunub.
Press-relizdə həmçinin bu ilin payızında GUAM milli koordinatorlarının Dövlət Departamenti nümayəndələri ilə görüşünün keçirilməsi, Vaşinqtonda GUAM-ABŞ konfransının təşkil olunması haqqında razılıq əldə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR