Bank Of Baku

Mixail Saakaşvili: “GUAM formatında regional əməkdaşlığın uzunmüddətli olmayacağı barədə proqnozlar iflasa uğradı”

Mixail Saakaşvili: “GUAM formatında regional əməkdaşlığın uzunmüddətli olmayacağı barədə proqnozlar iflasa uğradı”
# 19 iyun 2007 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili verib. O, GUAM-ın Bakı sammitinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Avropa Birliyi ölkələrinin və digər dövlətlərin GUAM-la əməkdaşlıq arzusunu hiss edirik. Sammitə Latviya, Polşa, Rumıniya, Bolqarıstan, ABŞ, Yaponiya və digər ölkələrdən nümayəndələr qatılacaq. Bu, təkcə həmin ölkələrin GUAM-a artan marağının göstəricisi deyil, həm regional əməkdaşlığın uzunmüddətli olmayacağı barədə iddiaların rəsmi iflasıdır. GUAM ehtiyatlı və məqsədyönlü siyasət yürütməlidir”. Mixail Saakaşvili Azərbaycan əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, Gürcüstan mavi yanacağa olan tələbatını Azərbaycanın qazının hesabına ödəyir. Qeyd edək ki, hazırda Bakıda iki ölkənin sənaye və energetika nazirləri arasında Azərbaycandan Gürcüstana qaz idxalı ilə bağlı danışıqlar keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR