Bank Of Baku

Ukrayna və Polşa prezidentləri Bakıda ikitərəfli əlaqələr və enerji məsələlərini müzakirə ediblər

Ukrayna və Polşa prezidentləri Bakıda ikitərəfli əlaqələr və enerji məsələlərini müzakirə ediblər
# 19 iyun 2007 08:35 (UTC +04:00)
GUAM-ın ikinci sammitində iştirak etmək üçün Bakıya gələn Ukrayna və Polşa prezidentləri Viktor Yuşşenko ilə Lex Kaçinski dünən görüşüblər. APA-nın məlumatına görə, ölkə başçıları ikitərəfli əməkdaşlığın aktual məsələləri, həmçinin 2012-ci ildə futbol üzrə Avropa çempionatına hazırlıqla bağlı müzakirələr aparıblar. Prezidentlər razılığa gəliblər ki, iyul ayının birinci ongünlüyündə çempionata hazırlıqla bağlı Ukraynada daha bir görüş keçirsinlər. V. Yuşşenko və L. Kaçinski Ukrayna ilə Polşa arasında enerji əməkdaşlığına dair məsələləri, Ukraynanın Avropaya inteqrasiyası, o cümlədən GUAM-Avropa Birliyi kontekstində əməkdaşlığın genişləndirilməsini də müzakirə ediblər. Viktor Yuşşenko Polşanı Ukraynanın Avropa Birliyindəki əsas müttəfiqi və Avropa dəyərlərinin önəmli daşıyıcısı adlandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR