Bank Of Baku

Azərbaycanla Litva arasında bir neçə dövlətlərarası sənəd imzalanacaq

Azərbaycanla Litva arasında bir neçə dövlətlərarası sənəd imzalanacaq
# 19 iyun 2007 08:49 (UTC +04:00)
Azərbaycan və Litva hökumətləri arasında imzalanacaq bir sıra ikitərəfli sənədlərin hazırlanması prosesi gedir. Bu barədə APA-ya Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kudzmanas Kyastutis məlumat verib. Səfirin sözlərinə görə, Azərbaycan və Litvada qeyri-leqal yaşayan şəxslərin ölkəsinə qaytarılmasına dair müqavilə, Azərbaycan və Litva Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq sazişi, hava nəqliyyatı sahəsində əməkdaşlıq sazişi, dəmiryolu nəqliyyatının əlaqələndirilməsi sazişi hazırlanmaq üzrədir. Bu günə kimi iki ölkə arasında qarşılıqlı hüquqi yardım, Azərbaycan və Litva vətəndaşlarının ekstradisiyası, ikiqat vergi qoymanın ləğvi, gömrük orqanları arasında əməkdaşlıq, müdafiə qurumları arasında əməkdaşlıq, ədliyyə orqanları arasında əməkdaşlıq, maliyyə cinayətlərinin öyrənilməsində qarşılıqlı yardım, investisiyaların qorunması haqqında saziş və müqavilələr imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR