Bank Of Baku

MDB Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində GUAM müdafiə nazirlərinin görüşü keçiriləcək

MDB Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində GUAM müdafiə nazirlərinin görüşü keçiriləcək
# 19 iyun 2007 09:45 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının sabah Moskvada keçiriləcək toplantısında iştirak edəcək. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı, mayor İlqar Verdiyev məlumat verib. İ. Verdiyevin sözlərinə görə, şuranın toplantısında MDB ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq. Ukrayna Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr departamentindən isə APA-ya bildiriblər ki, Moskvada GUAM-a üzv ölkələrin müdafiə nazirləri bu təşkilat çərçivəsində sülhməramlı kontingentin yaradılması ilə bağlı məsələni müzakirə edəcəklər. Bundan başqa, Ukrayna və Azərbaycanın müdafiə nazirləri Anatoli Qritsenko ilə Səfər Əbiyevin təkbətək görüşü də planlaşdırılır. GUAM müdafiə nazirləri sülhməramlı kontingentin əsasnaməsinin hazırlığı, sülhməramlıların təyinatı və struktru, təchizat, komandanlıq və digər məsələlər ətrafında müzakirələr aparacaq, növbəti görüşün vaxtını müəyyənləşdirəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR