Bank Of Baku

“Azadlıq” bloku payıza qədər yerli təşkilatlarının möhkəmləndirilməsi ilə məşğul olacaq

“Azadlıq” bloku payıza qədər yerli təşkilatlarının möhkəmləndirilməsi ilə məşğul olacaq
# 19 iyun 2007 10:40 (UTC +04:00)
“Azadlıq” bloku payıza qədər yalnız strukturlarının təkmilləşdirilməsi və yerli təşkilatlarının möhkəmləndirilməsi ilə məşğul olacaq. Bu barədə APA-ya blokun üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Yayda geniş miqyaslı tədbirlərin nəzərdə tutulmadığını bildirən Ə. Əliyev blokun komissiyalarının fəaliyyətinə üstünlük veriləcəyini söyləyib: “Prezident seçkilərinə hazırlıq və partiyaların yerli təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üçün zona müşavirələrinin keçirilməsi də planlaşdırılır. Əsas fəaliyyət istiqamətlərindən biri isə Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı bütün mümkün addımların atılması olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR