Bank Of Baku

Ukrayna prezidenti: “GUAM regionun sabitliyinin və təhlükəsizliyinin təminatı kimi çıxış edən təşkilatdır”

Ukrayna prezidenti: “GUAM regionun sabitliyinin  və təhlükəsizliyinin təminatı kimi çıxış edən təşkilatdır”
# 19 iyun 2007 10:45 (UTC +04:00)
APA-nın məlumatına görə, Odessa-Brodı neft kəmərinin reallaşdırılacağını deyən V. Yuşşenko bu kəmərin l Polşaya qədər tikilməsinin nəzərdə tutulduğunu deyib: “ Biz azad iqtisadi zonaların tam şəkildə fəaliyyət göstərməsini təmin etməyə hazırlaşırıq. Bu azad iqtisadi zonaların fəaliyyətini dünya ticarət təşkilatının irəli sürdüyü təkliflərə uyğun olmalıdır. Bizim ölkələrdə Abxaziya, Şimali Osetiya, Dnestryanı, Dağlıq Qarabağ kimi münaqişələr var. Bu münaqişələr bizim üzərimizdə bir yükdür. Bu məsələlərin ətraflı müzakirəsinə ehtiyac var. Bu problemlərin həlli regionda təhlükəsizliyin, sabitliyin, bərqərar olmasına səbəb olacaq. GUAM regionun sabitliyinin və təhlükəsizliyinin təminatı kimi çıxış edən təşkilatdır”. GUAM-ın indiyə qədər qeyri-qanuni ticarətin qarşısını almaq üçün birgə layihələr həyata keçirdiyini deyən Ukrayna prezidenti
nəqliyyat sahəsində də əlaqələr qurulduğunu söyləyib: “Biz indi nəqliyyat dəhlizinin fəaliyyət göstərməsi üçün səylər göstəririk. GUAM iqtisadi, siyasi dialoqlar həyata keçirir. Biz daha ciddi nailiyyətlərə imza atmaq üçün çalışmalıyıq. Turizm əlaqələri inkişaf etdirilməlidir. Terrorizmə qarşı birgə mübarizə aparılmalıdır. Qloballaşma prosesləri regional təşkilatların rolunun artmasına və yeni tələblərin meydana çıxmasına şərait yaradır”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR