Bank Of Baku

Müxalifət partiyalarının yeni qurumunun təsis olunması ilə bağlı saziş layihəsi hazırlanıb

Müxalifət partiyalarının yeni qurumunun təsis olunması ilə bağlı saziş layihəsi hazırlanıb
# 19 iyun 2007 10:48 (UTC +04:00)
Müxalifət partiyalarının yeni qurumunun təsis olunması ilə bağlı saziş layihəsi hazırlanıb. AMİP-in təbliğat və mətbuat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, layihədə müxalifət partiyalarının demokratik mühitin yaradılması, azad və demokratik seçkilərin keçirilməsi uğrunda birgə mübarizə aparması nəzərdə tutulur. Layihədə qəbul olunan qərarların yerinə yetirilməsinin məcburi olmadığı, hər hansı öhdəliyin götürülmədiyi də əksini tapıb. Ə. Orucov bildirib ki, müxalifət partiyalarının növbəti toplantılarında layihə bir daha müzakirə olunacaq. O, sazişin yaxın vaxtlarda imzalanmayacağını da qeyd edib: “Çünki digər partiyaların da bu birliyə cəlb olunması ilə bağlı danışıqlar gedir”. Ə. Orucov tərəflərin alyans yaratmaq fikrindən imtina etdiklərini, yalnız məşvərətçi qurumun yaradılmasının nəzərdə tutulduğunu söyləyib. O, hazırda birliyin adı üzərində müzakirələrin aparıldığını deyib. Müzakirələrdə AMİP, Müsavat, ADP, ASDP, Tərəqqi partiyaları və Azərbaycan Naminə İctimai Forum iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR