Bank Of Baku

Moldovanın baş naziri Vasile Tarlev: “GUAM ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması çox vacib məsələdir”

Moldovanın baş naziri Vasile Tarlev: “GUAM ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması çox vacib məsələdir”
# 19 iyun 2007 10:55 (UTC +04:00)
O, GUAM-ın beynəlxalq təşkilatlarla, BMT, ATƏT və dünya ölkələri ilə əlaqələrinin gücləndirməsini vacib sayıb: “Beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə ümumi maraqların inkişaf etdirilməsi, əməkdaşlığın artırılması əsas hədəfimizdir. GUAM ABŞ-la uğurlu əməkdaşlıq edir. Hazırda mövcud təkliflərdən biri birgə ticarət evlərinin yaradılması ilə bağlıdır. Moldova açıq ticarət evlərinin yaradılmasına kömək edə bilər. Biz birgə ticarət evlərinin Kişinyovda yaradılmasını təşkil edə bilərik”. Vasile Tarlev GUAM ölkələri arasında mədəni əlaqələrin inkişafını da zəruri sayır: “Təklif etdiyimiz layihələrdən biri də mədəni əlaqələrin inkişafı ilə bağlıdır. Təəssüf ki, indiyə kimi bu sahədə hələlik heç bir tədbir keçirilməyib. Moldova NATO layihəsinin də həyata keçirilməsində maraqlıdır. Biz həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına da ciddi önəm verməliyik. Bu təhlükəsizlik mütləq təmin olunmalıdır. GUAM ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması çox vacib məsələdir”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR