Bank Of Baku

Azərbaycan prezidenti: “Dünya ictimaiyyəti heç vaxt Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağdakı mövcud cinayətkar rejimləri tanımayacaq”

Azərbaycan prezidenti: “Dünya ictimaiyyəti heç vaxt Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağdakı mövcud cinayətkar rejimləri tanımayacaq”
# 19 iyun 2007 11:10 (UTC +04:00)
“Biz hər zaman ABŞ-ın dəstəyini hiss etmişik. Bundan başqa, sammitdə bizə dost ölkələrin prezidentlərinin iştirak etməsindən olduqca məmnunuq. Belə bir beynəlxalq dəstəyə arxalanaraq, biz öz müstəqilliyimizi gücləndirə, iqtisadiyyatımızı möhkəmləndirə, qarşımızda duran bir sıra problemləri həll edə və bütün sahələrdə Avropa İttifaqının standartlarını tətbiq edə biləcəyik. Bizim məqsədimiz müasir dövlətlər qurmaqdır”.
Azərbaycan prezidenti sammitdə iştirak edən ali qonaqların diqqətini bir daha GUAM ölkələrinin ərazisindəki dondurulmuş münaqişələrə yönəldib: “Bu münaqişələri dondurulmuş münaqişələr adlandırırlar. Amma əslində bunlar dondurulmuş deyillər. Bu sülh çox kövrəkdir və istənilən an pozula bilər. Biz heç vaxt ərazi bütövlüyümüzün pozulması və sərhədlərimizin dəyişdirilməsi ilə barışmayacağıq. Dünya ictimaiyyəti heç bir zaman Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağda mövcud olan cinayətkar rejimləri tanımayacaq və tanıya da bilməz. Bu rejimlər Avropa üçün qara dəliklərdir və qeyri-qanuni fəaliyyət göstərirlər. Bu ərazilərdə heç bir beynəlxalq nəzarətdən söhbət gedə bilməz. Bununla belə, biz Avropanın təcrübəsindən istifadə edərək, bu ərazilərə ən yüksək muxtariyyət verə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR