Bank Of Baku

Polşa prezidenti Lex Kaçinski: “Polşa iqtisadi təşkilatdan siyasi bloka çevrilən GUAM-ın etibarlı müttəfiqidir”

Polşa prezidenti Lex Kaçinski: “Polşa iqtisadi təşkilatdan siyasi bloka çevrilən GUAM-ın etibarlı müttəfiqidir”
# 19 iyun 2007 11:07 (UTC +04:00)
O, GUAM-ın iqtisadi təşkilatdan siyasi bloka çevrildiyini deyib: “Burada keçirilən müzakirələrin bir hissəsi enerji ilə bağlıdır. Odessa-Brodı neft kəmərinin böyük əhəmiyyəti var. Digər tərəfdən GUAM ölkələri NATO ilə əməkdaşlıq perspektivlərini diqqətlə nəzərdən keçirir. Bizim bu məsələdə təcrübəmiz az deyil, GUAM ölkələrinə təcrübə baxımdan yardım göstərə bilərik”. Lex Kaçinski GUAM ölkələrinin Avropa İttifaqı üçün də böyük əhəmiyyət kəsb etdiyini deyib: GUAM ölkələrinin böyük enerji resursları var. Bu ölkələr arasında mədəni əlaqələr də böyük əhəmiyyətə malikdir. Polşa GUAM ölkələrinin etibarlı müttəfiqidir. Biz GUAM dövlətləri ilə siyasi əməkdaşlıqda da maraqlıyıq. GUAM-da maraqlı təşəbbüslər var və belə təşəbbüslər ilk dəfədir ki, müşahidə olunur”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR