Bank Of Baku

“Dövlət qulluğunda islahatlar və səmərəli idarəçilik” mövzusunda dəyirmi masa keçiriləcək

“Dövlət qulluğunda islahatlar və səmərəli idarəçilik” mövzusunda dəyirmi masa keçiriləcək
# 19 iyun 2007 11:14 (UTC +04:00)
Iyunun 22-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və BMT-nin İctimai İnformasiya Departamenti birlikdə “Dövlət qulluğunda islahatlar və səmərəli idarəçilik” mövzusunda dəyirmi masa keçirəcəklər. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, 23 iyun- BMT-nin Dövlət Qulluğu Günü ərəfəsində keçiriləcək tədbirin məqsədi dövlət qulluğunun Azərbaycandakı inkişaf proseslərinə töhfəsini vurğulamaqdır. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçiriləcək. Qeyd edək ki, nümunəvi dövlət qulluğunu qiymətləndirmək və təbliğ etmək məqsədilə BMT-nin Dövlət Qulluğu Günü beynəlxalq gün kimi ilk dəfə BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında 2003-cü ilin 23 iyununda bayram edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR