Bank Of Baku

Andres Herkel: “Azərbaycanda KİV-in vəziyyəti ilə bağlı məsələni AŞ PA Monitorinq Komitəsində qaldıracağam”

Andres Herkel: “Azərbaycanda KİV-in vəziyyəti ilə bağlı məsələni AŞ PA Monitorinq Komitəsində qaldıracağam”
# 19 iyun 2007 11:39 (UTC +04:00)
Bunu APA-ya eksklüziv açıqlamasında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Müzakirə olunacaq məsələ ilə bağlı hansısa sənədin qəbul edilib-edilməyəcəyini deyə bilməyən həmməruzəçi bunun müzakirələrin gedişi nəticəsində bəlli olacağını bildirib. A. Herkel onu da əlavə edib ki, o, AŞPA-nın sessiyasının iclasında Azərbaycanla bağlı məsələ qaldırmaq niyyətində deyil.
Qeyd edək ki, Monitorinq Komitəsində qurumun bu il noyabrın 12-də Berlində keçiriləcək iclasında dondurulmuş münaqişələrlə bağlı dinləmələrin keçirilməsi məsələsinə də baxılacaq. Buna münasibət bildirən Andres Herkel bu məsələ ilə bağlı ayrı-ayrılıqda yox, ümumi məşğul olmağın gərəkliliyini də bildirib: “Bu məsələ ayrıca ölkələrin işi deyil, bu, həm də Rusiyanın işidir, çünki Rusiyanın bütün dondurulmuş münaqişələrdə müəyyən rolu var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR