Bank Of Baku

GUAM dövlət başçılarının zirvə görüşündə Bakı Deklarasiyası imzalanıb

GUAM dövlət başçılarının zirvə görüşündə Bakı Deklarasiyası imzalanıb
# 19 iyun 2007 12:26 (UTC +04:00)
Sənəddə tərəflər demokratik dəyərlər, qanunun aliliyi, insan hüquqlarına hörmət, sosial-iqtisadi inkişafa nail olmaq, regionda stabillik və təhlükəsizliyinə nail olmaq naminə əməkdaşlığı genişləndirməkdə israrlı olduqlarını bir daha təsdiqləyiblər. Sənəddə tərəflərin GUAM-ın regional siyasətini inkişaf etdirmək, GUAM-ın nəqliyyat dəhlizinin yaradılması üçün səyləri artırmaq, qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində iştirak etmək barədə öhdəlik götürdüyü öz əksini tapıb. Bakı Deklarasiyasında bildirilir ki, GUAM ölkələrinin qarşılıqlı fəaliyyəti regional münaqişələrin nizamlanması prosesində ədalətli həll yollarının tapılmasına rəvac verəcək. Sənəddə GUAM ölkələri tərəfdaş dövlətlərlə əlaqələri möhkəmləndirməyə, quruma üzv ölkələrin parlamentləri isə qısa müddət ərzində GUAM-ın Nizamnaməsini ratifikasiya etməyə çağırılır. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR