Bank Of Baku

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusa səfər edəcək

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarusa səfər edəcək
# 19 iyun 2007 12:41 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 28 iyun - 1 iyul tarixlərində Belarusun Mogilyov şəhərində səfərdə olacaq. Bu barədə APA-ya Sumqayıt şəhər icra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.
Sumqayıt nümayəndə heyəti Mogilyov şəhərinin 740 illik yubileyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində şəhərlər arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına dair Niyyət Protokolu imzalanacaq.
Qeyd edək ki, Sumqayıt və Mogilyov arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair danışıqlar 2004-cü ildə başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR