Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 19 iyun 2007 14:02 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda Rusiya baş nazirinin birinci müavini Sergey İvanovun “Volqa-Don kanalının ikinci xəttinin tikintisində Azərbaycan, Qazaxıstan və Türkmənistan da iştirak edə bilər” təklifinin Azərbaycanın milli mənafeyinə zidd olduğu bildirilib: “Rusiya Türkmənistan, Qazaxıstan və Azərbaycanın neft pullarından öz maraqları üçün yararlanmağa çalışır”. İclasda GUAM-ın zirvə görüşü yüksək qiymətləndirilib və qeyd olunub ki, Azərbaycan bu təşkilatın siyasi, iqtisadi, hərbi bloka çevrilməsi üçün fəaliyyətini gücləndirməli, Türkiyənin GUAM-a qoşulması üçün Azərbaycan-Türkiyə, GUAM-Türkiyə səviyyəsində danışıqlar aparılmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR