Bank Of Baku

İğdırdan millət vəkilliyinə namizəd Şamil Ayrım: “İğdırla Naxçıvan arasında azad iqtisadi zona yaradılmasına çalışacağam”

İğdırdan millət vəkilliyinə namizəd Şamil Ayrım: “İğdırla Naxçıvan arasında azad iqtisadi zona yaradılmasına çalışacağam”
# 20 iyun 2007 08:01 (UTC +04:00)
“Mən Azərbaycan mənşəli iğdırlıyam. Məclisdə keçirdiyim 8 ildə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri oldum. 2002-ci ildən sonra müxtəlif QHT-lərin tərkibində Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə çalışdım. Təcrübəli siyasətçi kimi İğdırın problemlərini həll etmək üçün yenidən namizəd oldum”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Demokrat Partiyasının İğdır vilayətindən millət vəkilliyinə namizədi, İğdır və İstanbulun keçmiş millət vəkili Şamil Ayrım deyib. Seçkiqabağı vədləri haqqında da danışan Ş. Ayrım hazırda Türkiyənin ən böyük probleminin terror olduğunu bildirib: ”Belə bir vəziyyətdə seçki keçirilməsi bizi narahat etsə də, Türkiyənin bunların öhdəsindən gələcəyinə heç kim şübhə etmir. İğdır əhalisi bir an əvvəl hava limanımızın və universitetimizn olmasını arzu edir. Təhsilə çox önəm verəcəyəm”. Millət vəkilliyinə namizəd Naxçıvanın strateji nöqteyi-nəzərdən Türkiyə üçün çox önəmli olduğunu söyləyib: “Ona görə də İğdırla Naxçıvan arasında azad iqtisadi zona yaradılması üçün qüvvəmi əsirgəməyəcəyəm. Bunun siyasi infrastrukturu da hazırdır. Kənd təsərrüfatı bölgəsi olan İğdırda əkinçilərimizə mazut, gübrə və dərmanların ucuz qiymətə satılmasına nail olacağıq - bu, partiyamızın proqramında da var. İğdır böyüdükcə xalqımızın tələbatı da artır ki, biz də bu tələbləri yerinə yetirməyə çalışacağıq. Bizə səs verməsi halında əhalimizin Məclisdəki gözü, qulağı, səsi olacağıq. Seçki təbliğatına bu həyəcanla başlayıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR