Bank Of Baku

“Los Angeles Times”ın milliyətçə erməni jurnalisti qondarma “erməni soyqırımı” barədə yazdığı qərəzli məqaləyə görə, qəzeti tərk etməli olub

“Los Angeles Times”ın milliyətçə erməni jurnalisti qondarma “erməni soyqırımı” barədə yazdığı qərəzli məqaləyə görə, qəzeti tərk etməli olub
# 20 iyun 2007 09:33 (UTC +04:00)
Los Angeles Times qazetinin milliyətçə erməni jurnalisti Mark Araks qondarma “erməni soyqırımı” barədə yazdığı qərəzli məqaləyə görə, qəzeti tərk etməli olub. APA-nın ABŞ bürosunun məlumatına görə, bu barədə nəşrin sahibi Devid Hiller məlumat verib.
Xatırladaq ki, 24 aprel qondarma “erməni soyqırımı” ərəfəsində Mark Araks bu mövzu ilə bağlı geniş və birtərəfli məqalə hazırlayıb. Lakin qəzetin məsul redaktoru Douq Frantz həmin məqaləni çapa verməkdən imtina edib. Məqalə ilə tanış olandan sonra məsul redaktor bildirib ki, milliyyətcə erməni olan jurnalist bu mövzuda obyektivlikdən uzaq, ermənilərin şəxsi maraqlarına cavab verən mövqe tutub. Bundan sonra Mark Araks məsul redaktor Douq Frantzın ona qarşı qərəzli mövqe tutduğunu iddia edərək, daxili araşdırmanın aparılmasını tələb edib. İki aya yaxın davam edən araşdırmadan sonra Los Angeles Times qazetinin sahibi Devid Hiller Mark Araksın qondorma erməni soyqırımı barədə məqaləsinin çap etməməklə Douq Frantz heç bir diskriminasiyaya yol vermədiyini deyib. Qəzet sahibi məsul redaktorun haqlı olduğunu söyləyib.

Qeyd edək ki, Los Angeles Times qəzetində baş verən olaya Amerikadakı Azərbaycan, türk və erməni diasporunun nümayəndələri də yaxından cəlb olunublar. ABŞ-da yaşayan azərbaycanlı və türklər Douq Fratzın mövqeyini dəstəkləyən yüzlərlə məktubu Los Angeles Times qəzetinin rəhbərliyinə yollayıblar. Los Angeles Times qəzetinin məsul redaktoru Douq Frantz APA-nın yerli bürosuna açıqlamasında bu dəstəyə görə, bütün həmvətənlilərimizə minnətdarlığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR