Bank Of Baku

AXCP qərargahla təmin olunması tələbi ilə payızdan kütləvi aksiyalara başlayacaq

AXCP qərargahla təmin olunması tələbi ilə payızdan kütləvi aksiyalara başlayacaq
# 20 iyun 2007 10:32 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qərargahla təmin olunması tələbi ilə payızdan kütləvi aksiyalara başlayacaq. Partiyanın sədr müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, hazırda partiya problemin hüquqi müstəvidə həll olunmasına üstünlük verdiyi üçün məhkəməyə müraciət edib. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağlı işin Apellyasiya Məhkəməsində olduğunu bildirən sədr müavini şikayətə baxılmasının gecikdiyini deyib: “Biz bu problemin Azərbaycan səviyyəsində həll olunmayacağını bildiyimizdən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. Buna görə də Azərbaycandakı məhkəmə instansiyalarını keçmək istəyirik”. H. Kərimov dövlət komitəsinə yenidən müraciət etmək niyyətində olmadıqlarını da qeyd edib: “Komitəyə iki dəfə müraciət etdik, hər ikisində də Keşlə qəsəbəsində yerləşən binanı təklif etdilər. Ona görə də biz problemin komitə səviyyəsində həllinə inanmırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR