Bank Of Baku

Gürcüstanda azərbaycanlılar yaşayan bir kənd 14 ildir işıqsız qalıb

Gürcüstanda azərbaycanlılar yaşayan bir kənd 14 ildir işıqsız qalıb
# 20 iyun 2007 12:02 (UTC +04:00)
Gürcüstanın Dmanisi rayonun azərbaycanlılar yaşayan Məmişlilər kəndinə 14 ildir ki, elektrik enerjisi verilmir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, buna səbəb 1993-cü ildə güclü küləyin elektrik dirəklərini uçurması və transformatoru sıradan çıxarmasıdır. O vaxtdan bəri elektrik dirəkləri və transformator bərpa edilməyib. Kvemo Kartlini elektrik enerjisi ilə təmin edən “Distributing energy company”nin direktoru Şalva Ruxadze bildirib ki, rəhbərlik etdiyi şirkətin büdcəsi təmir işləri aparmağa imkan vermir. Bunun üçün 300 min lari tələb olunur. Ş. Ruxadze onu da əlavə edib ki, şirkət bu yaxınlarda Çexiyanın “Energopro” şirkəti ilə birləşəcək və lazımi sənədlərin imzalanmasından sonra Məmişlilər kəndinin elektrik enerjisi ilə təminatı reallaşa bilər.
Qeyd edək ki, Məmişlilər kəndində 150 nəfərə qədər adam yaşayır. Bu kənd regionda azərbaycanlılar yaşayan yeganə yaşayış məntəqəsidir ki, heç bir sakini öz doğma yurd-yuvasını tərk etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR