Bank Of Baku

Məlahət Həsənova NATO seminarında iştirak edəcək

Məlahət Həsənova NATO seminarında iştirak edəcək
# 20 iyun 2007 13:02 (UTC +04:00)
İyunun 24-dən 26-dək Xorvatiyada NATO-nun 66-cı “Rouz-Rout” seminarı keçiriləcək. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Məlahət Həsənova da iştirak edəcək. M. Həsənovanın APA-ya verdiyi məlumata görə, Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək seminar ümumilikdə Kosovo probleminə həsr olunacaq. Toplantıda cənub-şərqi Avropadakı problemlər, Albaniya, Xorvatiya və Makedoniyada NATO-ya üzvlük istiqamətində görülən işlər və Balkan ölkələrinin enerji təhlükəsizliyi məsələləri də müzakirə ediləcək. M. Həsənova Azərbaycanda enerji təhlükəsizliyi mövzusunda xüsusi tədbir keçirilməsi təklifi ilə çıxış edəcəklərini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR