Bank Of Baku

“Azadlıq” blokunun Sədrlər Şurasının iclası keçirilib

“Azadlıq” blokunun Sədrlər Şurasının iclası keçirilib
# 20 iyun 2007 13:37 (UTC +04:00)
“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Blokun həmtəsisçisi, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda ölkə siyasi həyatında baş verən son hadisələr müzakirə olunub, GUAM-ın Bakıda keçirilən sammiti, onun nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb. Ə. Əliyevin sözlərinə görə, blok GUAM çərçivəsində əməkdaşlığın genişlənməsinə tərəfdar olduğunu bildirib. Bununla bərabər blok rəhbərləri Azərbaycanda mətbuatın durumu ilə bağlı GUAM-a üzv dövlətlərin nüfuzlu KİV-lərinə müraciət edib. Müraciətdə Azərbaycan jurnalistlərinin təqib olunduğu, onlara qarşı təzyiqlərin həyata keçirildiyi qeyd edilib. İclasda Azərbaycanda təkmilləşməsinə ehtiyac olan qanunlar ətrafında da fikir mübadiləsi aparılıb. Blok liderləri Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ciddi ehtiyacın olduğunu bildirib və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu qeyd ediblər. İclasda həmçinin, 2008-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində ölkədə demokratik şəraitin yaradılması üçün atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR