Bank Of Baku

Polşa Seyminin marşalı Azərbaycana, Artur Rasizadə isə Polşaya səfər edəcək

Polşa Seyminin marşalı Azərbaycana, Artur Rasizadə isə Polşaya səfər edəcək
# 20 iyun 2007 14:01 (UTC +04:00)
Bu ilin sentyabrında Polşa Seyminin marşalı (yuxarı palatanın sədri) Lyudviq Doron Azərbaycana rəsmi səfərə gələcək. Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin APA-ya verdiyi eksklüziv açıqlamaya görə, səfər Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti ilə reallaşacaq. Səfirin sözlərinə görə, səfər zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən parlamentlər arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılacaq.
Bu il Azərbaycanın baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin də Polşaya rəsmi səfəri gözlənilir. Bu səfərin dəqiq vaxtı müəyyənləşməsə də, payız aylarında reallaşacağı gözlənilir. Bu səfər çərçivəsində də iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişafı perspektivləri, eləcə də enerji sektorunda əməkdaşlıqla bağlı danışıqlar aparılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR