Bank Of Baku

Əli Orucov: Vətəndaş və İnkişaf Partiyasının 3-dən artıq üzvü yoxdur”

Əli Orucov: Vətəndaş və İnkişaf Partiyasının 3-dən artıq üzvü yoxdur”
# 20 iyun 2007 14:04 (UTC +04:00)
“Vətəndaş və İnkişaf Partiyasının dövlət qeydiyyatına alınmadığı üçün məhkəməyə müraciət etməsi məntiqsizlikdir. Çünki bu partiyanın 3-dən artıq üzvü yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanunda 1000 nəfər partiya üzvünün imzasının nazirliyi təqdim edilməsi nəzərdə tutulub: “Amma onlar bu imzaları təqdim edə bilməyiblər. Bizdə olan məlumata görə, onlar nazirliyə AMİP-dən ayrılarkən özləri ilə apardıqları sənədləri təqdim ediblər. Bu isə Ədliyyə Nazirliyi tərəfindən aşkar olunduğu üçün onların qeydiyyata almaqdan imtina ediblər”. VİP sədrinin müavini Əflatun Quliyev isə APA-ya bildirib ki, keçmiş partiyadaşlarının Ədliyyə Nazirliyinin vəkili kimi çıxış etməsinə ehtiyac yoxdur. O, partiyanın nazirliyə təqdim etdiyi sənədlərin tam qaydasında olduğunu və heç bir saxtalaşdırmaya yol vermədiklərini deyib: “Biz nazirliyə 1200 imza təqdim etmişik və bunların heç birində yanlışlıq tapılmayıb. Sənədlərimizdə heç bir problem yoxdur. Problem yalnız nazirliyin hərəkətsizliyindədir ki, müraciətimizə cavab vermirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR