Bank Of Baku

GUAM ölkələri siyasi partiya və hərəkatlarının Bakı konfransında Gürcüstanı Leyboristlər Partiyası təmsil edəcək

GUAM ölkələri siyasi partiya və hərəkatlarının Bakı konfransında Gürcüstanı Leyboristlər Partiyası təmsil edəcək
# 20 iyun 2007 14:14 (UTC +04:00)
İyunun 21-24-də GUAM ölkələri siyasi partiya və hərəkatlarının Bakıda keçiriləcək beynəlxalq konfransında Gürcüstanı Leyboristlər Partiyası təmsil edəcək. Leyboristlər Partiyasından APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, partiyanın liderlərindən biri olan Nestan Kirsadze tədbirdə iştirak etmək üçün Bakıya yola düşüb. O, toplantıda bir sıra təşəbbüslər irəli sürəcək. Yığıncağa Ukraynadan Proqressiv Sosialistlər Partiyası, Moldovadan isə “Vətən, Bərabərlik” siyasi partiyalar ittifaqı qatılacaq. Rusiya və Türkiyənin müxtəlif siyasi qüvvələrinin təmsilçilərinin də Bakıya gəlişi gözlənilir.
Qeyd edək ki, 2006-cı il dekabrın 7-də Kiyevdə GUAM ölkələri siyasi partiyaları və hərəkatlarının Koordinasiya Şurası təsis olunub. Azərbaycan Yolu Siyasi Hərəkatı da Koordinasiya Şurasının üzvüdür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR