Bank Of Baku

“Azadlıq” bloku jurnalistlərin iyunun 23-də keçirəcəyi yürüş-mitinqdə iştirak edəcək

“Azadlıq” bloku jurnalistlərin iyunun 23-də keçirəcəyi yürüş-mitinqdə iştirak edəcək
# 20 iyun 2007 14:23 (UTC +04:00)
“Azadlıq” bloku jurnalistlərin növbəti yürüş-mitinqində iştirak edəcək. Bu barədə APA-ya blokun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, bu barədə qərar blokun ötən iclaslarında qəbul olunub. “Azadlıq” blokunun jurnalistlərin iyunun 12-də iştirak etməklə bağlı qərar qəbul etdiyini xatırladan Ə. Əliyev bu qərarın qüvvədə qaldığını qeyd edib: “Biz ümumilikdə jurnalistlərin bütün aksiyalarında iştirak etmək qərarı vermişik. Ona görə də iyunun 23-nə təyin olunmuş aksiyada iştirak edəcəyik. Amma keçiriləcək aksiyalar blokun maraqları ilə üst-üstə düşməsə, biz qərarımızı yenidən müzakirə edəcəyik”. Qeyd edək ki, aksiyanın “Neftçilər” metrostansiyasının yanından saat 16.00-da yürüşlə başlaması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodununun yaxınlığındakı meydanda mitinqlə davam etdirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR