Bank Of Baku

“Müsavat” deputat qrupunun üzvləri Gürcüstana gediblər

“Müsavat” deputat qrupunun üzvləri Gürcüstana gediblər
# 20 iyun 2007 14:47 (UTC +04:00)
Milli Məclisin “Müsavat” deputat qrupunun üzvləri Nəsib Nəsibli, Pənah Hüseyin, Arzu Səmədbəyli və İkram İsrafil Gürcüstana gediblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, deputatlar bu gün Tiflisdə “Gürcüstan mənim vətənimdir” cəmiyyətinin üzvləri ilə görüşüblər. Cəmiyyətin sədri Əli Babayev bildirib ki, görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı müzakirələr aparılıb. Daha sonra müxalifətçi millət vəkilləri azərbaycanlıların sıx yaşadığı Qardabani rayonuna yollanaraq yerli əhali ilə görüşüblər. Onların azərbaycanlı əhalinin kompakt məskunlaşdığı Marneuli, Bolnisi və Dmanisi rayonlarına səfərləri də gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR