Bank Of Baku

İyunun 30-da Yeni Zaman Partiyası təsis ediləcək

İyunun 30-da Yeni Zaman Partiyası təsis ediləcək
# 20 iyun 2007 15:55 (UTC +04:00)
İyunun 30-da Yeni Zaman Partiyasının (YZP) təsis qurultayı keçiriləcək. Bu barədə APA-ya YZP Təşkilat Komitəsinin sədri Musa Ağayev məlumat verib. O, qurultaya yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini bildirib: “Yerlə bağlı təkliflər irəli sürmüşük. Amma meriya normal yer təklif edərsə, razılaşa bilərik”. M. Ağayevin sözlərinə görə, partiyanın rəhbər strukturu sədr, müavinlər, İdarə Heyəti və Mərkəzi Şuradan ibarət olacaq. YZP mərkəzçi siyasi xətt yürüdəcək. M. Ağayev qurultaya ölkədə fəaliyyət göstərən əksər siyasi təşkilatların rəhbərlərinin dəvət ediləcəyini açıqlayıb: “Partiya ölkədə sosial ədalətin bərpasında, hüquqi dövlət quruculuğunda iştirak edəcək və heç bir bloka qoşulmayacaq. Yalnız bir neçə partiya ilə ikitərəfli əməkdaşlıq əsasında əlaqə qurulacaq”. M. Ağayev YZP-də tanınmış şəxslərin cəmləşdiyini, bu insanların dəstəyi ilə xüsusi nüfuza malik təşkilat formalaşacağına əmin olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR