Tehranda Xəzəryanı ölkələrinin xarici işlər nazirlərinin konfransı keçirilir YENİLƏNİB (dördüncü abzas yenidir)
Konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxış edib. Çıxışına “Xəzərin yeni statusu müəyyən olunmasa da, biz əvvəlki hüquqi statusa mənfi baxışlarla baxmamalıyıq. Statusun bütün sahilyanı ölkələr tərəfindən müştərək şəkildə razılaşdırılması zəruridir”, sözləri ilə başlayan nazirin fikrincə, Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələrin ikinci sammitə qədər hazır olmayacaq, lakin bu konfransda aralıq sənəd razılaşdırıla bilər. S. Lavrov hesab edir ki, sammitdə müzakirə olunacaq bəyannamə görüşə kimi razılaşdırılmalıdır. Bunun bugünkü iclasın da müzakirə mövzusu olduğunu söyləyən rusiyalı nazir, həmçinin, 5 ölkənin sammitin Tehranda keçirilməsinə razılığını bildirdiyini də qeyd edib. Nazir bu konfransın uğurlu nəticələrlə yekunlaşa biləcəyinə əminliyini vurğulayıb: “Konfransda ölkə başçılarının görüşünün dəqiq tarixinin müəyyən olunması üçün məsləhətləşmələr aparılacaq, bir sıra mühüm məsələlər, o cümlədən Xəzərin dibinin bölünməsi, həmçinin, Xəzərdə hərbi məsələlər barədə fikir mübadiləsi aparılacaq. Xəzərdə bir sıra gəmilərin başqa ölkələrin bayraqları altında üzməsinə qadağan qoyulması da bu iclasda müzakirə olunacaq”.
“Türkmənistan Xəzər dənizinin bölünməsi ilə bağlı məsələsinin beynəlxalq hüquqa söykənən həlli yolunu axtarır”. Bunu isə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov deyib. Nazir hesab edir ki, bu məsələdə bütün sahilyanı ölkələrin mənafeyi təmin olunmalıdır: “Türkmənistan birtərəfli hərəkətlərə tərəfdar deyil. Türkmənistanın belə bir niyyəti yoxdur”.
Xəzərin ekologiyasına dair sərhədyanı ölkələrin birgə konvensiyanın imzalandığını xatırladan nazir Xəzərin hüquqi statusuna dair beş xəzəryanı ölkənin ümumi razılığa gələcəyini ümid etdiyini bildirib.
“Xəzərin dibi ilə neft kəmərləri çəkilən zaman kəmərin keçəcəyi dövlətin mövqeyi mütləq nəzərə alınmalıdır”. Bunu isə konfransda çıxışı zamanı Qazaxıstanın xarici işlər naziri Marat Kajin deyib. Onun sözlərinə görə, Qazaxıstan belə kəmərlərin keçəcəyi ərazidə İran və Rusiyanın ekoloji ekspertiza keçirmək təklifini nəzərdən keçirməyə hazırdır. Xəzərin dibinin bölünməsi məsələsinə münasibət bildirən Marat Kajin gözəl presedent yarandığını deyib: “Azərbaycan, Rusiya və Qazaxıstan ikitərəfli sazişlər əsasında Xəzərin şimalını öz aralarında bölüblər. Bu, gözəl nümunədir, digər sahilyanı dövlətlər də bizim sazişlərdə nəzərdə tutulan prinsiplərdən yararlana bilərlər”. Marat Kajin hesab edir ki, sahilyanı ölkələrə Xəzərin bütün ərazisində, bütün vasitələrdən sərbəst istifadə etmək hüququ verilməlidir. Qazaxıstanın xarici işlər naziri Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti görüşünün gündəliyinə Xəzər akvatoriyasının bölünməsi, dənizdə hərbi fəaliyyətin prinsiplərinin müəyyənləşməsi, daxili sularda tranzit hərəkət, dənizin dibi ilə neft və qaz kəmərlərinin çəkilməsi, Xəzərin bioresurslarının ədalətli bölgüsü məsələlərinin daxil edilməsini təklif edib.
Qeyd edək ki, Azərbaycanı səfərdə təmsil edən xarici işlər naziri Elmar Məmmədyarovun səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad, İranın İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adel, iranlı həmkarı Mənuçöhr Mottaki ilə görüşləri də gözlənilir. Azərbaycanın XİN başçısı Xəzəryanı dövlətlərin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər də keçirəcək. /APA/
Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Xəbər Lenti
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Bu günün valyuta məzənnələri
İsmayıllıda meşədə külli miqdarda narkotik aşkarlanıb
Bakıda maşın piyadanı vuraraq öldürüb
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Nyu-York birjasında təbii qazın dəyəri azalıb
Dünya bazarlarında neft ucuzlaşıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizə səfərə gəlib
DÇ-2026: Kolumbiya növbəti qələbəsini qazanıb
Tusk: Zelenskinin iştirakı olmadan keçiriləcək konfrans daha konstruktiv olacaq
ABŞ dünya çempionatında İran millisinə güzəşt edib
KİV: Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarını yenidən ləngidib
Bloomberg: ABŞ ordusu ucuz raketlərin hazırlanmasını tələb edir
KİV: ABŞ ordusu Ukraynadakı döyüşləri imitasiya edən poliqonlar yaradacaq
DÇ-2026: Xorvatiya minimal hesablı qələbə qazanıb
Tramp: Amerikalılar İrana qarşı sərt addımlar tələb edir
Tramp: ABŞ Venesueladakı əməliyyat xərclərini neft hesabına 28 dəfə kompensasiya edib
DÇ-2026-nın qalibinə kuboku İnfantino Trampla birgə təqdim edəcək
AFP: "Airbus A380" təyyarələrində çatlar aşkarlanıb
İsrail Livan ordusundan “Hizbullah”ın tunellərinin təmizlənməsini tələb edib
DÇ-2026: İngiltərə millisi Qana yığması ilə heç-heçə edib
Naxçıvanda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb - FOTO
Tramp: Müharibə yenidən başlasa, ABŞ İranda işi bir həftəyə bitirər
ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib
Gəncədə minik avtomobili ilə moped toqquşub, sürücü ölüb - FOTO
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib
Ərdoğan: Avropa ölkələri NATO çərçivəsində daha çox məsuliyyət götürməlidir
Şahbaz Şərif: ABŞ-İran memorandumunda raket proqramı ilə bağlı heç bir müddəa yoxdur
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir, lakin ABŞ-la memorandum üzrə öhdəliklərini yerinə yetirəcək
Tramp: AEBA müfəttişlərinin İrana göndərilməsi ilə bağlı tələskənlik yoxdur
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin üzvlüyünə seçilib
Prezidentin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinə dair videoçarx paylaşılıb - VİDEO
Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
Rubio: İranın bərpasına ayrılacaq vəsait təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb - VİDEO
Rubio: İranın Hörmüz boğazından keçid üçün ödəniş tələb etməsinə icazə verilməyəcək
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
Aİ komissarı: Avropa ilə Asiya arasında etibarlı marşrut Orta Dəhlizdir
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb