Bank Of Baku

Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti iclası planlaşdırılır

Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti iclası planlaşdırılır
# 23 avqust 2007 13:28 (UTC +04:00)
Payızda Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır. Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan xarici işlər nazirinin müavini Georgi Mancqaladze məlumat verib. O bildirib ki, cari ilin iyun-iyul aylarında bir çox sahələr razılaşdırılaraq yerlərə səfərlər təşkil olunsa da, avqustda komissiyanın toplanması məqsədəuyğun sayılmayıb və ekspertlər səviyyəsində də iş aparılmayıb.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasındakı 460 kilometrlik sərhəd xəttinin 300 kilometrə yaxını razılaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR