Bank Of Baku

Rusiya MDB ölkələrindəki RLS-lərdən imtina edəcək

Rusiya MDB ölkələrindəki RLS-lərdən imtina edəcək
# 23 avqust 2007 14:42 (UTC +04:00)
APA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, Rusiya Kosmik Qoşunlarının komandanı, general-polkovnik Vladimir Popovkin bu bəyanatla çıxış edib. O bildirib ki, Kosmik Qoşunlar ölkənin müdafiə qabiliyyətini xarici dövlətlərin siyasətçilərindən asılı vəziyyətdə qoymamaq üçün Rusiya hüdudlarından kənarda yerləşən raket hücumundan erkən xəbərdarlıq sistemlərini tərk etməyi planlaşdırır. Generalın sözlərinə görə, hazırda yaxşı “göz”lər və “qulaq”lara malik Rusiya əmindir ki, onun ərazisinə gözlənilmədən nə raket başlığı, nə də raket gövdəsi düşəcək: “Bizim raket hücumundan erkən xəbərdarlıq sistemimizdə hər hansı “dəlik” yoxdur. Bununla yanaşı, sərhədlərimizdən kənarda Ukraynada, Azərbaycanda, Qazaxıstanda və Belarusda yerləşən stansiyalarla bağlı sual yaranır. Belə ki, hər hansı münaqişə ortaya çıxacağı təqdirdə bu RLS-lərin mövcudluğu faktından bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunması mümkündür. Məsələn, bu obyektlərə verilən elektrik enerjisi kəsilə bilər”. V. Popovkinin fikrincə, bu halda Rusiyanın müdafiə imkanları başqa dövlətlərin siyasətçilərindən asılı duruma düşər. Ona görə də Rusiya Kosmik Qoşunları Krasnodar diyarının Armavir şəhərində radiolokasiya sistemi qurmaqdadır və stansiyanı bu il işə salmağı planlaşdırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR