Bank Of Baku

Sərdar Cəlaloğlu: “Bir qrup müxalifət liderinin məsləhətləşmələrinə “Azadlıq” bloku nümayəndələrinin dəvət edilməsinə ehtiyac yoxdur”

Sərdar Cəlaloğlu: “Bir qrup müxalifət liderinin məsləhətləşmələrinə “Azadlıq” bloku nümayəndələrinin dəvət edilməsinə ehtiyac yoxdur”
# 23 avqust 2007 14:50 (UTC +04:00)
“Bir qrup müxalifət partiyası rəhbərlərinin qatıldığı məsləhətləşmələrə “Azadlıq” blokunun liderlərinin gəlməməsindən əvvəlcə təəssüflənsəm də, indi hesab edirəm ki, bu formata yeni siyasi qurumların dəvət edilməsinə ehtiyac yoxdur. Bundan başqa, partiya rəhbərləri arasında keçirilən görüşlərin sayı növbəti mərhələlərdə artırılacaq”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, məsləhətləşmələrə qatılan partiyaların birləşmə və ayrılma ehtimalı 50/50-yədir. Məsləhətləşmələrdə fikir ayrılığı yaranmadığı təqdirdə gələcəkdə müəyyən qərarların qəbul olunmasını istisna etməyən S. Cəlaloğlunun fikrincə, bu partiyaları birləşdirən seçki blokunun yaradılmasına mane ola biləcək amillər aradan qaldırıla bilər. Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə isə məsləhətləşmələrə yalnız fikir mübadiləsi məqsədilə qatıldığını deyib: “Bir qrup siyasi partiya rəhbəri ölkədəki siyasi vəziyyəti müzakirə etmək üçün bir yerə toplaşır. Məsləhətləşmələrin hansısa birliyə və ya seçki blokuna çevrilmə şansı isə hələlik sıfıra bərabərdir. Digər tərəfdən, belə razılığa gəlmişik ki, bu barədə suallara cavab verməyək”. A. Əlizadə bu məsləhətləşmələri dost görüşü də adlandırıb.
Qeyd edək ki, söhbət ASDP, ADP, Müsavat, AMİP, Tərəqqi partiyaları və Azərbaycan Naminə İctimai Forumun rəhbərinin keçirdiyi məsləhətləşmələrdən gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR