Bank Of Baku

Rusiyanın Qəbələ RLS-dən imtinası ilə bağlı Azərbaycana hər hansı rəsmi müraciət daxil olmayıb

Rusiyanın Qəbələ RLS-dən imtinası ilə bağlı Azərbaycana hər hansı rəsmi müraciət daxil olmayıb
# 23 avqust 2007 16:11 (UTC +04:00)
“Bizə Rusiyanın Qəbələ RLS-dən imtinası ilə bağlı hər hansı rəsmi müraciət daxil olmayıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Rusiya Kosmik Qoşunlarının komandanı, general-polkovnik Vladimir Popovkinin bəyanatını şərh edən X. İbrahim bildirib ki, ayrı-ayrı şəxslərin çıxışları hələ Rusiyanın rəsmi mövqeyi demək deyil. O, Qəbələ RLS-in Rusiya tərəfindən 2012-ci ilə qədər icarəyə götürüldüyünü də söyləyib.
Xatırladaq ki, Rusiya Kosmik Qoşunlarının komandanı, general-polkovnik Vladimir Popovkin ölkənin müdafiə qabiliyyətini xarici dövlətlərin siyasətçilərindən asılı vəziyyətdə qoymamaq üçün Rusiya hüdudlarından kənarda yerləşən RLS-ləri tərk etməyi planlaşdırdıqlarını açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR