Bank Of Baku

"Xoşməramlar elçisi" multumedia təqdimat diski hazırlanıb

"Xoşməramlar elçisi" multumedia təqdimat diski hazırlanıb
# 23 avqust 2007 16:24 (UTC +04:00)
Qəzetdən APA-ya daxil olan məlumata görə, təqdimat diskinin hazırlanmasında məqsəd M. Əliyevanın fəaliyyəti, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi naminə atdığı addımlar barədə yerli və dünya ictimai rəyini məlumatlandırmaqdır. Təqdimat diski Azərbaycan, rus, ingilis dillərində müasir informasiya texnologiyalarının son nailiyyətlərinə əsaslanaraq hazırlanıb, istənilən kompüter istifadəçisinin faydalanması üçün nəzərdə tutulub. Layihənin məsləhətçisi "Azərbaycan" nəşriyyatının baş direktoru, filologiya elmləri namizədi Ağabəy Əsgərov, ideya müəllifi isə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir. Diskdə 4 bölmədə M. Əliyevanın ictimai-siyasi fəaliyyətinin bütün sahələri əksini tapıb, materiallar müvafiq bölmələr üzrə qruplaşdırılıb. Həmçinin M. Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Məclisin deputatı kimi həyata keçirdiyi layihələr və xarici səfərləri əks etdirən yüzlərlə foto yerləşdirilib. Diskdə birinci xanımla bağlı qısametrajlı film də yerləşdirilib. /APA/




Siyasi sayta-açıq-siyaset

"Xoşməramlar elçisi" multumedia təqdimat diski hazırlanıb

"Səs" qəzetinin təşkilatçılığı ilə "STİMUL" MMC tərəfindən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətindən bəhs edən "Xoşməramlar elçisi" multumedia təqdimat diski hazırlanıb. Qəzetdən APA-ya daxil olan məlumata görə, təqdimat diskinin hazırlanmasında məqsəd M. Əliyevanın fəaliyyəti, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi naminə atdığı addımlar barədə yerli və dünya ictimai rəyini məlumatlandırmaqdır. Təqdimat diski Azərbaycan, rus, ingilis dillərində müasir informasiya texnologiyalarının son nailiyyətlərinə əsaslanaraq hazırlanıb, istənilən kompüter istifadəçisinin faydalanması üçün nəzərdə tutulub. Layihənin məsləhətçisi "Azərbaycan" nəşriyyatının baş direktoru, filologiya elmləri namizədi Ağabəy Əsgərov, ideya müəllifi isə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir. Diskdə 4 bölmədə M. Əliyevanın ictimai-siyasi fəaliyyətinin bütün sahələri əksini tapıb, materiallar müvafiq bölmələr üzrə qruplaşdırılıb. Həmçinin M. Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Milli Məclisin deputatı kimi həyata keçirdiyi layihələr və xarici səfərləri əks etdirən yüzlərlə foto yerləşdirilib. Diskdə birinci xanımla bağlı qısametrajlı film də yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR