Bank Of Baku

Azərbaycan bəstəkarı Qara Qarayev Britanika ensklopediyasında və rusiyalı alim Kiril Tomovun kitabında erməni kimi təqdim olunub

Azərbaycan bəstəkarı Qara Qarayev Britanika ensklopediyasında və rusiyalı alim Kiril Tomovun kitabında erməni kimi təqdim olunub
# 24 avqust 2007 09:44 (UTC +04:00)
APA-Nın məlumatına görə, kitabda Q. Qarayev erməni bəstəkarı kimi qeyd olunub. Kitabın 249-cu səhifəsində Stalin mükafatı üzrə yaradıçı şuranın üzvlərini sadalayan müəllif Rusiyadan bəstəkar Şestakoviç, Ukraynadan opera müğənnisi Litvinenko-Veleqemount, Belorusdan opera müğənnisi Aleksandrovskaya, Ermənistandan isə Qara Qarayevin bu şuraya üzv olduğunu yazıb. İngiltərənin məşhur Britanika enseklopediyasında da Qara Qarayev bir daha erməni kimi təqdim olunub və onun tərcümeyi-halı bu cür verilib.
Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli APA-ya açıqlamasında bütün bunların “savadsız və məlumatsız” insanlar tərəfindən yazıldığını deyib: “Bu onların savadsızlığıdır. Belə biabırçılığı ancaq savadsız insan yaza bilər. Biz buna mütləq sərt reaksiya verməliyik”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə bunu bəstəkarın 90 illik yubileyi ərəfəsində çaxnaşma salmaq məqsədi daşıdığını deyib. Maraqlıdır ki, F. Əlizadə bu faktın çoxdan onlara məlum olduğunu da deyib: “ Bu siyasət çoxdan aparılır və rus ensiklopdeiyalarında təkcə Qara Qarayev haqqında deyil, Qarabağ barədə də tamamilə yanlış fikirlər söylənilir. Bütün bunlara müdaxilə etmək lazımdır. Qara Qarayev haqqında böyük məlumatlar var. Qara Qarayev Bakıda anadan olub, burada təhsil alıb. sonra Moskvaya gedib və yenidən Bakıya qayıdıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub və onun Azərbaycanda yüzlərlə tələbəsi olub. Qara Qarayevin Azərbaycan bəstəkarı olmasına necə şübhə eləmək olar”. F. Əlizadə də belə hallara qarşı mübarizə aparmağın vacibliyini bildirib: “Mən Almaniyanın “Müasir dünyanın musiqi tarixi” ensiklopediyasında Qara Qarayev haqqında böyük məqalə yazmışam. Belə hallara qarşı informasiya ilə mübarizə aparmaq lazımdır. Artıq bu internetə yayılıb və nəşr olunub. Biz bunu harada görürüksə müdaxilə edərək öz şərhlərimizi verib, düzgün məlumatları yayırıq. Qara Qarayev haqqında böyük bir sayt var. Orada onun haqqında bütün məlumatlar Azərbaycan, ingilis və rus dillərində yerləşdirilib. Məncə, bu məsələyə Mədəniyyət və Turizm Nazirliyi, həm də bəstəkarın oğlu Fərəc Qarayev də reaksiya verməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR