Azərbaycandakı Qəbələ RLS-in növbəti müştərisi ABŞ ola bilərmi?
Müasir standartlara uyğun müdafiə sistemlərinə yiyələnən Moskvaya qonşu ölkələrdə hərbi obyektlər o cümlədən radiolokasiya sistemləri saxlamaq sərf etmir. Çünki Rusiyanın icarəyə götürdüyü bu kimi obyektlərdən Moskvaya qarşı əlavə təzyiq vasitəsi kimi istifadə edilməsi mümkündür və Rusiya Kosmik Qoşunlarının komandanı, general-polkovnik Vladimir Popovkin öz bəyanatında bunu etiraf edib. Ordu təmsilçisi ölkənin milli təhlükəsizlik maraqlarının digər ölkələrin siyasətçilərinin iradəsindən asılı olmasını yolverilməz adlandırıb, bu problemin çıxış yolunu həmin ölkələrdə icarəyə götürülmüş radiolokasiya sistemlərindən imtinada görüb. Təbii ki, verilən bu sensasion bəyanat Rusiyanın keçmiş sovet respublikalarında mövcud olan müdafiə sistemlərindən, o cümlədən Qəbələ radiolokasiya stansiyasından dərhal imtina etməsi anlamına gəlmir. Moskva bu prosesi ölkənin raket hücumundan müdafiə sistemi təkmilləşdikcə tədricən həyata keçirə bilər. Rusiyanın Armavir şəhərində müasir standartlara tam cavab verən, ən əsası Qəbələ RLS-in funksiyasını bütünlüklə yerinə yetirə bilən yeni stansiyanın tikintisi başa çatmaq üzrədir və bu mənada Moskvanın 2012-ci ildən sonra Qəbələ PLS-dən imtina etməsi daha real görünür.
Hazırda isə əsas sual budur: Qəbələ RLS-dən imtina Rusiya-Azərbaycan münasibətlərinə necə təsir göstərə bilər?
Bu stansiya Azərbaycanın hərbi maraqları üçün əhəmiyyətə malik deyil. Azərbaycanın Qəbələ radiolokasiya stansiyasından istifadə etmək üçün MARAÄžI və İSTİFADƏ İMKANLARI yoxdur. Azərbaycan üçün Qəbələ RLS-in yeganə əhəmiyyəti bu obyektdən xarici siyasətdə balanslaşdırma vasitəsi kimi istifadə etməsidir. Rusiya ilə maraqların balanslaşdırılmasında Qəbələ RLS-in bu ölkəyə uzun müddətə icarəyə verilməsi mühüm rol oynayıb. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın xarici siyasətin balanslaşdırılması siyasətinə mənfi təsir göstərə bilərmi? Təbii ki, bu sualı mənfi cavablandırmaq lazımdır, çünki,
a) Rusiyanın bölgədə maraqları təkcə hərbi xarakter daşımır,
b) Maraqların balanslaşdırılması siyasətində Qəbələ RLS-in icarəyə verilməsi yeganə vasitə deyil,
c) Rusiya Qəbələ RLS-dən könüllü imtina edir, bu prosesdə Azərbaycanın heç bir rolu yoxdur,
d) Qəbələ RLS-dən imtina Rusiyanın bölgədəki maraqlarının əhatə dairəsini və strukturunu dəyişmir (Moskva Yaxın Şərq və Hind okeanına kimi böyük bir ərazidə raket hücumunu nəzarətdə saxlamaq missiyasını Armavir RLS vasitəsilə həyata keçirəcək)
Beləliklə, Kremlin Qəbələ RLS-dən imtinası bölgədə nə maraqlar mübarizəsini, nə də qüvvələr balansını dəyişdirməyəcək. Azərbaycanın bu addımdan yeganə itkisi illik 10 milyon dollarlıq icarə haqqıdır ki, neft gəlirləri və sürətli iqtisadi inkişaf fonunda bu məbləğ o qədər də böyük rəqəm deyil. Üstəlik, Moskvanın Qəbələ radiolokasiya stansiyasından imtinası Azərbaycanın şimal bölgəsində ekoloji problemlərin həllinə müsbət təsir göstərəcək. Bu amillər general-polkovnik Vladimir Popovkinin bəyanatının Azərbaycana qarşı təzyiq vasitəsi olması kimi meydana çıxa biləcək populist iddiaları da alt-üst edir.
Araşdırılan mövzuda yeganə açıq qalan məsələ “Rusiya Qəbələ RLS-dən imtina edəcəyi təqdirdə Azərbaycan bu hərbi obyekti başqa bir ölkəyə icarəyə verə bilərmi?” sualıdır. İndiki situasiyada bu sualı birmənalı cavablandırmaq çətindir. ABŞ və Rusiyanın raket hücumundan müdafiə sistemlərinin bir-birindən köklü surətdə fərqlənməsi Vaşinqtonun bu obyekti icarəyə götürmək ehtimalını azaldır. ABŞ bu obyekti icarəyə götürmək üçün stansiyanı tam yenidən qurmalı, bölgədə əlavə dəstəkləyici qüvvələr yerləşdirməli, bir sözlə bu gün Çexiya və Polşada gördüyü işi yenidən Azərbaycanda görməlidir. Yəni, təhlil olunan situasiyada Qəbələ RLS Vaşinqton üçün böyük quru divardan başqa əhəmiyyət daşımır. Digər tərəfdən Rusiya da postsovet respublikalarında Ukrayna, Belarus, Azərbaycan və Qazaxıstanda imtina edəcəyi radiolokasiya stansiyalarının digər ölkələr üçün heç bir əhəmiyyət daşımadığını bilir və buna görə də həmin RLS-lərdən imtinaya dair bəyanatları sərbəst şəkildə səsləndirir. Hər hansı üçüncü ölkə üçün 60-70-ci illərin texnologiyalarına əsaslanan bu stansiyaları icarəyə götürməkdənsə, yeni müasir stansiyalar qurmaq daha asandır. Buna görə də Rusiyanın Qəbələ RLS-dən imtinasının bu obyektin tarixin arxivinə gömülməsi ilə nəticələnəcəyi ehtimalı daha çoxdur. /APA-ANALİTİKA/
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Xəbər Lenti
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Lavrov Rubionun Alyaskadakı danışıqlar barədə sözlərinə cavab verib
Azərbaycan Ordusu – müstəqilliyin, suverenliyin və milli iradənin rəmzi - TƏHLİL
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
Bakıya və rayonlara leysan yağacaq - SABAHIN HAVASI
Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib - FOTO
Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO
Duma Rusiyanın müdafiəsini sarsıdan korrupsioner məmurlar üçün ölüm hökmü tətbiq etmək istəyir
Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır - VİDEO
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb