Bank Of Baku

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyalarının birgə iclası payızda keçiriləcək

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyalarının birgə iclası payızda keçiriləcək
# 24 avqust 2007 10:13 (UTC +04:00)
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyalarının birgə iclası payızda keçiriləcək. Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlamasında xarici işlər nazirinin müavini, Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyasının sədri Georgi Mancqaladze bildirib. Onun sözlərinə görə, iclasın keçirilməsi yay fəsli ilə əlaqədar məqsədəuyğun bilinməyib: “Avqustda ekspertlər səviyyəsində də iş görülməyib, iyun-iyul aylarında isə sərhədin bir çox sahələri razılaşdırılıb və bir çox yerlərə baxış keçirilib”. Qeyd edək ki, 460 km uzunluğunda olan Azərbaycan-Gürcüstan dövlət sərhədinin 300 km-i dövlət komissiyaları səviyyəsində razılaşdırılıb ki, bu da sərhədin 70%-ni təşkil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR