Bank Of Baku

Məzahir Pənahov: “Seçki Məcəlləsinə dəyişiklik edilməsi adi haldır”

Məzahir Pənahov: “Seçki Məcəlləsinə dəyişiklik edilməsi adi haldır”
# 24 avqust 2007 10:18 (UTC +04:00)
“Prezident seçkiləri il bağlı kampaniyaya seçki gününə ən azı 120 gün qalmış start veriləcək”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, Seçki Məcəlləsinə dəyişikliklər ediləcəyini də bildirib: “Seçki Məcəlləsində dəyişikliklər adi haldır və bütün ölkələrdə qanunun müvafiq maddələri zaman keçdikcə redaktələrə və dəyişikliklərə məruz qalır. Məsələn, biz zərflərin ləğv edilməsi ilə bağlı məsələ qaldırmışıq. Əvvəlki seçkilərdə bülletenlər zərflərə qoyulurdu və bu da problem yaradırdı. Dünya praktikası dəyişir, tələblər də dəyişir”. M. Pənahov Avropa Şurasının Venesiya Komissiyası ilə aparılacaq müzakirələrin dəqiq tarixinin hələ müəyyənləşmədiyini qeyd edib. Onun sözlərinə görə, müzakirələr sentyabr-oktyabr aylarında başlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR