Bank Of Baku

MSK sədri Məzahir Pənahov: “Dünyanın heç bir ölkəsində ideal seçki keçirilmir”

MSK sədri Məzahir Pənahov: “Dünyanın heç bir ölkəsində ideal seçki keçirilmir”
# 24 avqust 2007 11:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bəzi müxalifət partiyalarının prezident seçkilərini boykot edəcəkləri ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib. O, partiyanın seçkidə iştirak etmək üçün yaranan qurum olduğunu xatırladıb və hazırkı şəraitin bütün partiyaların seçkidə iştirakına tam imkan verdiyini söyləyib. M. Pənahov seçkilərdə ideallıq axtarmağın düzgün olmadığını da diqqətə çatdırıb: “Seçkilər milyonlarla adamın iştirakı ilə keçirilən tədbirdir. Burada ideallıq axtarmaq çətin məsələdir. Dünyanın heç bir ölkəsində ideal seçki keçirilmir. Müəyyən yerlərdə pozuntular olur, ona uyğun şəkildə də cavabdehlər cəzalandırılır. Bəzi yerlərdə hətta nəticələr də ləğv olunur. Ona görə də belə məsələlərdə narahat olmağa əsas yoxdur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti seçkilərdə iştirak edəcək”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR