Bank Of Baku

İosif Şaqal: “Erməni soyqırımı ilə bağlı İsrailin mövqeyində dəyişiklik olmayıb”

İosif Şaqal: “Erməni soyqırımı ilə bağlı İsrailin mövqeyində dəyişiklik olmayıb”
# 24 avqust 2007 11:20 (UTC +04:00)
ABŞ-da fəaliyyət göstərən Anti-Diffamasiya Liqası (ADL) yəhudi lobbi təşkilatının uydurma “erməni soyqırımı”nı tanıyacağı barədə açıqlaması ilə bağlı Türkiyənin açıqlama istəyinə İsrail Xarici İşlər Nazirliyi rəsmi cavab ünvanlayıb. Məlumatı Bu barədə APA-ya İsrail parlamentinin üzvü, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal məlumat verib. Onun sözlərinə görə, cavabda ADL-in müstəqil qurum olduğu bildirilir: “İsrailin öz mövqeyinə gəldikdə isə bu ölkə erməni soyqırımını tanımayıb və bu məsələ ilə bağlı İsrailin mövqeyində dəyişiklik olmayıb”. Deputat xatırladıb ki, Türkiyə İsraildən ABŞ-dakı yəhudi lobbisi üzərindəki təsir gücündən istifadə edərək bu yanlışlığın qarşısını almağı xahiş edib. ABŞ-da baş verən hadisələrin erməni diasporunun təsiri ilə əlaqədar olduğunu deyən İosif Şaqal ADL-in “erməni soyqırımı”nı tanıyacağı barədə bəyanatını gözlənilməz adlandırıb. Bu bəyanatın İsrailin Türkiyə və Azərbaycan ilə münasibətlərinə zərər gətirə biləcəyinə dair sualı cavablandıran deputat deyib ki, bu hansısa qeyri-stabillik doğura bilər, lakin bu ölkələr arasında strateji tərəfdarlıq münasibətləri mövcuddur: “Bu münasibətlər formal yox, fundamental, dərin əsaslar üzərində qurulub. Düşünürəm ki, bizə maneçilik edən problemləri birlikdə həll edə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR