Bank Of Baku

AXCP dövlət komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək

AXCP dövlət komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək
# 24 avqust 2007 11:57 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahla təmin olunması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə etdiyi müraciətə müsbət cavab verilməsə, partiya komitə haqda məhkəməyə müraciət edəcək. Bu barədə APA-ya partiyanın Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, AXCP ikinci dəfə dövlət komitəsinə rəsmi məktubla müraciət edib. Müraciətin üstündən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, komitə hələlik partiyaya cavab verməyib: “Biz hazırda bu cavabı gözləyirik. “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq AXCP-yə də müvafiq yer ayrılmalıdır. Digər partiyalara şəhərin mərkəzində yer ayrıldığı kimi, biz də analoji yer istəyirik”. Q. Əlibəyli komitənin ayıracağı yerin partiyanı qane etməyəcəyi halda, həmin yerdən imtina edəcəklərini qeyd edib. O, həmçinin partiyanın özəl yer icarəyə götürmək istədiyini, lakin müvafiq yer tapa bilmədiklərini bildirib. Qeyd edək ki, bundan əvvəl DƏİEDK AXCP üçün Keşlə qəsəbəsində qərargah ayırsa da partiya həmin yerdən imtina edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR