Bank Of Baku

Səməd Seyidov: “Tomas Hammarberqin səfəri Azərbaycan-Avropa Şurası münasibətləri baxımından çox vacibdir”

Səməd Seyidov: “Tomas Hammarberqin səfəri Azərbaycan-Avropa Şurası münasibətləri baxımından çox vacibdir”
# 24 avqust 2007 12:36 (UTC +04:00)
“Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin ölkəmizə səfəri həm Azərbaycan, həm də Azərbaycan-Avropa Şurası münasibətləri baxımından çox vacibdir”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, bu yaxınlarda Strasburqda komissarla görüş keçirib. T. Hammarberqin sentyabrın 3-dən 8-nə kimi Bakıda olacağını söyləyən S. Seyidov səfər proqramının hələ təsdiqlənmədiyini bildirib: “Adətən Avropa Şurasından o səviyyədə gələn şəxslər Azərbaycan rəsmiləri, parlament üzvləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, müxalifət nümayəndələri, hüquq müdafiəçiləri ilə görüşlər keçirir”.
Qeyd edək ki, T. Hammarberq səfərin yekunlarına dair məruzə hazırlayaraq Avropa Şurasının Nazirlər Komitəsinə təqdim edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR