Bank Of Baku

AMİP-in İmişli rayon təşkilatının fəalı həbs olunub

AMİP-in İmişli rayon təşkilatının fəalı həbs olunub
# 24 avqust 2007 13:25 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon təşkilatının fəalı Musa Rahim rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. İmişli rayon prokurorluğunun müstəntiqi Bilal Ağayevin APA-ya verdiyi məlumata görə, partiya üzvünə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) cinayət işi qaldırılıb. M. Rahimin konkret hansı əməlinə görə həbs olunmasına gəldikdə, müstəntiq bunun istintaq sirri olduğunu deyərək açıqlama verməyib.
AMİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya üzvünün həbsi kimi onun 4 polis əməkdaşına xəsarət yetirməsi əsas göstərilib. Məsələ ilə bağlı bəyanat yayan AMİP M. Rahimə böhtan atıldığını bildirib və onun dərhal azad edilməsini tələb edib. Mətbuat xidmətinin məlumatına görə, M. Rahim korrupsiya, rüşvətxorluq və təhsil problemlərinə etiraz olaraq evinin damını sökərək, yerinə müxtəlif şüarlar yazılmış plakatlar asıb. Partiya M. Rahimin siyasi əsaslarla həbs olunduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR