Bank Of Baku

Açıq Cəmiyyət Partiyası Ədliyyə Nazirliyi qarşısında kütləvi aksiyalar keçirməyə hazırlaşır

Açıq Cəmiyyət Partiyası Ədliyyə Nazirliyi qarşısında kütləvi aksiyalar keçirməyə hazırlaşır
# 24 avqust 2007 13:29 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) dövlət qeydiyyatına alınmaq tələbi ilə Ədliyyə Nazirliyinin binası qarşısında kütləvi aksiyalar keçirməyə hazırlaşır. Partiyanın sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, onlar sentyabrın sonuna kimi nazirlikdən cavab gözləyəcəklər. Müsbət cavab olmayacağı halda isə oktyabrdan piketlərə başlayacaqlar. O, həmçinin nazirliklə bağlı məhkəməyə müraciət ediləcəyini qeyd edib: “Qeydiyyatla bağlı müraciətimizdən xeyli vaxt keçsə də, hələlik bizə heç bir cavab verilməyib. Biz hazırda partiyanın qeydiyyatını danışıqlar yolu ilə həlli etmək, süni problemlər yaratmamaq istəyirik. Bununla bərabər, qeyri-müəyyənliyin uzun müddət davam etməməsinə çalışacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR