Bank Of Baku

Novruz Məmmədov: “Rusiya Qəbələ RLS-dən imtina edərsə, Azərbaycan bundan heç bir şey itirməyəcək”

Novruz Məmmədov: “Rusiya Qəbələ RLS-dən imtina edərsə, Azərbaycan bundan heç bir şey itirməyəcək”
# 24 avqust 2007 15:37 (UTC +04:00)
- Rusiya Kosmik Qoşunlarının komandanı ölkəsinin MDB ərazisində olan radiolokasiya stansiyalarından imtina etməyə hazırlaşdığını bəyan edib. Sizcə, Qəbələ RLS də imtina olunacaq obyektlər siyahısına daxil ediləcəkmi?

- Mənə elə gəlir ki, bu gün həmin bəyanatla Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmür. Bir müddət əvvəl Rusiya prezidenti ABŞ-dan olan həmkarına Azərbaycanın rəsmi razılığı ilə Qəbələ RLS-dən birgə istifadə edilməsi ilə bağlı təklif verib. Bununla bağlı danışıqlar indiyə qədər davam edir və müəyyən fikir mübadiləsi aparılır. Düzdür, tərəflərin mövqeləri hələlik üst-üstə düşmür. Buna görə də mənim üçün bu fikir müəyyən mənada təəccüblüdür. Rusiya böyük dövlətdir, orada müxtəlif dairələr var və ola bilsin ki, müəyyən yerlərdə MDB məkanında radiolokasiya stansiyalarından imtinaya dair fikir ortaya çıxır. Lakin hələlik bu ideyanın reallaşacağı ilə bağlı Azərbaycanda rəsmi məlumat yoxdur. Ola bilsin ki, bu, müəyyən müddətdən sonra mümkün ola bilər. Bu gün ABŞ və Rusiya arasında Qəbələ RLS-dən birgə istifadəyə dair danışıqlar gedirsə, deməli rəsmi mövqe bəyanatda səslənən fikirlərdən ibarət deyil. Digər tərəfdən,
Azərbaycanla Rusiya arasında Qəbələ RLS-in icarəyə verilməsinə dair müqavilə imzalanıb və o sənəddə bütün bu proseslər nəzərdə tutulub. Yəni, doğurdan da Rusiya Qəbələ RLS-dən imtina edərsə, bu qərara uyğun olaraq addımlar atılacaq. Ümumiyyətlə, belə bir şey baş verərsə, Azərbaycan bundan heç bir şey itirməyəcək.

- Azərbaycan perspektivdə bu radiolokasiya stansiyasından özü istifadə edə bilərmi?

- Rusiya Qəbələ RLS-dən imtina etmədiyi üçün Azərbaycanın belə prosesdən sonra Qəbələ RLS hansı kəmiyyətdə və yaxud kefiyyətdə istifadə edəcəyinə dair heç bir şey demək mümkün deyil. Bu gün qarşımızda belə məsələ durmur.

- Oktyabrda hava hücumundan müdafiəyə dair Rusiya-ABŞ məsləhətləşmələri keçiriləcək. Bu məsləhətləşmələrində Azərbaycanın iştirakı mümkündürmü?

- Bu məsələ ilə bağlı ilk gündən Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılır, Azərbaycanın razılığı alınır və ondan sonra bu addımlar atılır. Rusiya və ABŞ ilk növbədə Azərbaycana müraciət edir, Azərbaycanın bununla bağlı mövqeyini öyrəndikdən sonra hansısa addımlar atırlar. Bizim istəyidiyimiz odur ki, Azərbaycan gənc, inkişaf edən sülhpərvər dövlət kimi beynəlxalq münasibətlərin inkişafına, sabilliyə və təhlükəsizliyinə tövhə versin. Azərbaycan bu istiqamətdə bütün addımları atır. Ehtiyac duyularsa, Azərbaycanın monitorinqlərdə və yaxud da məsələhləşmələrdə iştirak etməyə ixtiyarı və hüququ var.

- Oktyabrda Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinni görüşü mümkündürmü?

- Mümkündür. Amma bu görüş nəyə lazımdır, mən bilmirəm. Ona görə bu müddət ərzində müəyyən addımlar atılmalıdır. Söhbət danışıqlar aparmaqdan gedirsə, bunun üçün gərək bir əsas yaransın. O vaxta kimi belə bir əsas yaranarsa, prezident müvafiq qərar qəbul edəcək.

- Azərbaycanda prezident seçkilərinə kimi Dağlıq Qarabağ problemi həll oluna bilərmi?

- Mənim Ermənistanın separatçı rəhbərlərinə inamım həmişə çox az olub. Mən daha çox onlardan məkrli addımlar, manevrlər və cəmiyyəti aldatmaq səbəbi ilə bəyanatlar gözləyirəm. Ona görə də hələlik bu suala qəti cavab verə bilmərəm. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR